Məsud Özili yoldan çıxaran gözəl
07 yanvar 2013 19:45 (UTC +04:00)

Məsud Özili yoldan çıxaran gözəl

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Məsud Özilin son zamanlar formada olmamasının səbəbi açıqlanıb. Lent.az-ın məlumatına görə, İspaniya mətbuatı bunu türk əsilli yarımmüdafiəçinin venesuelalı model Aida Yespika ilə əlaqələndirib.

 

Özil bu yaxınlarda Yespika ilə Madriddəki restoranlardan birində kameraların obyektivlərinə tuş gəlib. Həmkarlarımız futbolçunun zəif oynamasını məhz bu məqamla əlaqələndiriblər.

 

 

Qeyd edək ki, Aida Yespika 2009 – 2011-ci illərdə Türkiyə “Beşiktaş”ının sabiq futbolçusu Matteo Ferrari ilə də birgə olub. Onların hətta Aron adında bir oğlu da dünyaya gəlib. Yespika sonralar rumıniyalı futbolçu Adrian Mutu və almaniyalı geyim dizayneri Filipp Patrik Pleynlə də birgə olub. Gözəlçə 2012-ci ilin iyulunda  venesuelalı hüquqşünas Leonardo Qonsalesə ərə gedib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2633
avatar

Oxşar yazılar