Messidən Müllerə forma hədiyyəsi
09 yanvar 2013 10:26 (UTC +04:00)

Messidən Müllerə forma hədiyyəsi

Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Barselona” klubunda geyindiyi 10 nömrəli formanı əfsanəvi almaniyalı hücumçu Herd Müllerə hədiyyə edib. Lent.az-ın məlumatına görə, Messi futbolkaya avtoqrafını qoyub.

 

O, həmçinin ötən il arxada qoyduğu bombardirin ünvanına xoş sözlər yazıb.

 

Qeyd edək ki, 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Lionel Messi ötən il 91 top vuraraq, Herd Müllerə məxsus 85 qol rekordunu təzələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar