Məşhur idmançı olimpiya medalından məhrum edildi
18 yanvar 2013 11:55 (UTC +04:00)

Məşhur idmançı olimpiya medalından məhrum edildi

Beynəlxalq Olimpiya Komitəsi (İOC) ABŞ veloyürüşçüsü Lens Armstronqu 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edib. Lent.az-ın məlumatına görə, İOC Armstronqa göndərdiyi məktubda medalı qaytarmasını xahiş edib.

 

Bu məktub Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) diskvalifikasiya qərarından Armstronqun apellyasiya verməyəcəyi barədə xəbərin ardından çıxarılıb. Velosipedçi 2012-ci ilin oktyabrında “Tur de Frans”da 1999 – 2005-ci illərdə qazandığı 7 tituldan məhrum edilib. ABŞ Antidopinq Agentliyinin hesabatında bildirilir ki, Armstronq təkcə özü dopinq qəbul etməyib, digər yürüşçüləri də qadağan olunmuş dərmanlarla təchiz edib.

 

Qeyd edək ki, İOC üzvü, Ümumdünya Antidopinq Agentliyinin sabiq başçısı Dik Paund bir neçə gün öncə velosiped idmanının olimpiada proqramından çıxarıla biləcəyini açıqlayıb. O, belə bir qərarın UCİ rəhbərliyinin də bu işdə əli olduğunun sübuta yetiriləcəyi halda veriləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar