Kamran Ağayevlə Rauf Əliyev “Bakı”ya qoşuldu
16 yanvar 2013 18:19 (UTC +04:00)

Kamran Ağayevlə Rauf Əliyev “Bakı”ya qoşuldu

Azərbaycan milli komandasının futbolçuları Rauf Əliyevlə Kamran Ağayev Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Bakı” klubunun düşərgəsinə yollanıblar. Lent.az-ın “Bakı”nın “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Əliyevlə Ağayev bu gün Bakı vaxtilə saat 15:00 radələrində yeni kollektivə qoşulublar.

Hücumçu və qapıçı “Rixon” otelində kollektivlə birgə nahar edib. Onlar “Bakı”nın axşam məşqinə qatılacaqlar.

 

Qeyd edək ki, Rauf Əliyev “Qarabağ”dan, Kamran Ağayev isə “Xəzər Lənkəran”dan alınıb. Onların “Bakı”ya transfer olunduqları barədə ilk xəbəri Lent.az yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Oxşar yazılar