Jerar Depardye Rusiyadan FİFA-ya səfir göndərilir
09 yanvar 2013 17:38 (UTC +04:00)

Jerar Depardye Rusiyadan FİFA-ya səfir göndərilir

Bu yaxınlarda Rusiya vətəndaşlığı alan məşhur fransalı aktyor Jerar Depardye Mordoviya Respublikasının FİFA-dakı səfiri ola bilər. Lent.az-ın məlumatına görə, bu barədə RİA “Novosti”yə Mordoviya hökumətindəki mənbələrdən xəbər verilib.

 

Depardye 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində belə bir təklif alıb. Çempionatın oyunlarından bir neçəsi məhz Mordoviyanın paytaxtı Saranskda baş tutacaq. Məşhur aktyor ötən şənbə Rusiya pasportu alıb və ertəsi gün Mordoviyaya səfər edib. Daha öncə ona respublikanın rəhbəri Vladimir Volkovun mədəniyyət naziri vəzifəsini təklif etdiyi bildirilirdi.

 

Qeyd edək ki, Jerar Depardye yanvarın 7-də İsveçrənin Sürix şəhərində “Qızıl top”un təqdimetmə mərasimində də Rusiyanı təmsil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar