İngiltərə Premyer Liqası: Bir oyunda 10 qol
30 dekabr 2012 11:19 (UTC +04:00)

İngiltərə Premyer Liqası: Bir oyunda 10 qol

Futbol üzrə İngiltərə Premyer Liqasında XX turun “Arsenal” – “Nyukasl” matçında qapılara 10 qol vurulub. Lent.az-ın məlumatına görə, Londondakı “Emirates” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:3.

 

Görüş 69-cu dəqiqəyədək “vur-vurum” prinsipi ilə davam edib. Həmin dəqiqəyədək “Arsenal”ın hər 3 qoluna “Nyukasl” elə o qədər qolla cavab verməyi bacarıb. Lakin 73-cü dəqiqəqə Teo Uolkottun dəqiq zərbəsindən sonra yerli komanda qarşısıalınmaz olub. Son 5 dəqiqə ərzində daha 3 qol vuran “Arsenal” “Nyukasl”ı darmadağın etməyi bacarıb. Meydan sahiblərinin heyətində 7 qoldan 3-nə Uolkott, 2-ni 74-cü dəqiqədə oyuna daxil olmuş Olivye Jiru imza atıb. Daha 2 topun müəllifi Aleks Çemberlen və Lukas Podolski olub. Qonaqlardan isə Demba Ba “dubl” etməklə yanaşı, Silven Marvo da fərqlənib.  

 

Qalan oyunlara gəldikdə, “Aston Villa” ardıcıl 3-cü matçını da böyük hesablı məğlubiyyətlə başa vurub. Bu dəfə birmingenlilər qapısından 3 cavabsız top buraxıblar.

 

“Norviç” - “Mançester Siti” matçında 7, “Stok Siti” – “Sautgempton” görüşündə 6 qol vurulub. Ümumiyyətlə, turun arxada qalan 8 oyununun heç biri qolsuz yekunlaşmayıb.

 

İngiltərə çempionatı, 20-ci tur

 

“Sanderlend” - “Tottenhem” – 1:2

“Aston Villa” - “Uiqan” – 0:3

“Fulhem” - “Suonsi” – 1:2

“Mançester Yunayted” - “Vest Bromviç” – 2:0

“Norviç” - “Mançester Siti” – 3:4

“Redinq” – “Vest Hem” – 1:0

“Stok Siti” - “Sautgempton” – 3:3

“Arsenal” - “Nyukasl” – 7:3

30 dekabr

“Everton” – “Çelsi”

KPR – “Liverpul”

 

1. “Mançester Yunayted” – 49 xal

2. “Mançester Siti” – 42

3. “Tottenhem” – 36

4. “Çelsi” – 35 (18 oyuna)

5. “Arsenal” – 33 (19)

6. “Everton” – 33 (19)

7. “Vest Bromviç” – 33

8. “Stok Siti” – 29

9. “Suonsi” – 28

10. “Liverpul” – 25 (19)

11. “Norviç” – 25

12. “Vest Hem” – 23 (19)

13. “Sanderlend” – 22

14. “Fulhem” – 21

15. “Nyukasl” – 20

16. “Uiqan” – 18

17. “Aston Villa” – 18

18. “Sautgempton” – 17 (19)

19. “Redinq” – 13

20. KPR – 10 (19)

 

Bombardir: Robin van Persi (“Mançester Yunayted”) – 14 qol.

# 1051
avatar

Oxşar yazılar