İki Kiprin bir futbol komandası
18 yanvar 2013 04:54 (UTC +04:00)

İki Kiprin bir futbol komandası

Kiprin türk və yunan futbol federasiyaları beynəlxalq oyunlarda bir komanda halında çıxış etmək üçün səylərini birləşdirməyə çalışır.

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu məqsədlə tərəflər yanvarın 17-də Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlib.Hər iki federasiyanın başçısı anlaşmaya nail olacaqlarına ümid etdiklərini bildirib.

 

Bu ilin martında onların Sürix şəhərində FİFA-nın mənzil qərargahında yenidən görüşərək, anlaşma imzalayacaqları gözlənilir.

 

Tətbiq edilən embarqolar nəticəsində Şimal Kipr Türk Cümhuriyyətinin idman komandaları beynəlxalq heç bir yarışmaya qatıla bilmir. Hətta Türkiyənin klubları adanın türklərə aid hissəsinə sanksiyalar ucbatında buraxılmır.Bundan başqa Şimal Kipr Türk Cümhuriyyətinin komandaları da Türkiyəyə hazırlıq oyunları keçirmək üçün belə adaya gedə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar