I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı
17 yanvar 2013 19:04 (UTC +04:00)

I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı

 

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

 

 

 

 

                               Təşkilat Komitəsinin sədri

 

Mehriban Əliyeva

 

-

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri

 

                                Təşkilat Komitəsinin üzvləri

 

Hacıbala Abutalıbov

-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov

-

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov

-

Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov

-

Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov

-

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Ziya Məmmədov

-

Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov

-

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Əli Əsədov

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov

-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev

-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Baba Rzayev

-

“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə

-

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin      vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov

-

Heydər Əliyev Mərkəzinin direktoru

 

Ağacan Abiyev

-

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərhad Hacıyev

-

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

Mikayıl Cabbarov

-

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

İlham Mədətov

-

XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Namiq Abdullayev

-

Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Zemfira Meftaxetdinova

-

Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərid Mansurov

-

Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Elnur Məmmədli

-

Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Toğrul Əsgərov

-

Olimpiya çempionu

Şərif Şərifov

-

Olimpiya çempionu

 

 

Sərəncamda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək, Təşkilat Komitəsinə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

Oxşar yazılar