Gənclər və İdman Nazirliyi “fikir bankı” açdı
26 noyabr 2013 16:23 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi “fikir bankı” açdı

Gənclər və İdman Nazirliyi gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verir. Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, məqsəd yeni imkanların yaradılması istiqamətində gənclərin irəli sürdüyü fikir və ideyaların bir yerə toplanmasından ibarətdir.

 

Gənclər www.fikirbanki.az saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. “Onlayn” fikir bankında sosial Xidmətlər, iqtisadiyyat, təhsil, əyləncə, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit, nəqliyyat, milli-mədəni irs, turizm, mədəniyyət bölmələri fəaliyyət göstərir.

 

Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb ki, burada qalib olan gənclər  Gənclər və İdman Nazirliyinin, tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Onlayn fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları  üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.

 

Qeyd edək ki, “onlayn fikir bankı” layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar