Futbol üzrə ən yaxşılar bəlli oldu
07 yanvar 2013 23:16 (UTC +04:00)

Futbol üzrə ən yaxşılar bəlli oldu

FİFA 2012-ci il üçün dünyanın "ən yaxşı"larının adını açıqlayıb.

İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə səsvermənin yekun nəticəsinə əsasən dünyanın "ən güclüsü" bəlli olub.

"Qızıl top" uğrunda mübarizə "Barselona"dan Lionel Messi və Andres İniyesta, "Real" (Madrid) klubundan isə Kriştiano Ronaldu arasında gedib. Yekun nəticədə Messi qalib olub. Bununla da o, futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi düşüb.

Bununla yanaşı, bu gün dünyanın "ən yaxşı məşqçisi"nin də kimliyinə aydınlıq gəlib. Bu ad uğrunda isə Visente del Boske (İspaniya), Pep Qvardiola ("Barselona") və Joze Mourinyo ("Real", Madrid) yarışıblar. Birinci yeri Visente del Boske tutub.



Qeyd edək ki, bu gün həmçinin "ilin ən yaxşı qolu" nominasiyasında da qalibin adı bəlli olub. Digər nominasiyalarda olduğu kimi FİFA Puşkas mükafatına da üç namizəd var idi. Radamel Falkao ("Atletiko", Madrid), Neymar ("Santos") və Miroslav Stokun ("Fənərbaxça") vurduğu qollardan biri "ilin ən yaxşısı" seçilib. İlin ən yaxşı qolu mükafatı Miroslav Stoka verilib.  




2012-ci ilin ən yaxşı kişi baş məşqçisi: Visente del Boske (İspaniya)



2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)



2012-ci ilin dünya üzrə rəmzi yığma komandası: İker Kasilyas, Dani Alves, Gerard Pike, Serxo Ramos, Marselo, Xabi Alonso, Xavi, Andres İnyesta, Lionel Messi, Kristiano Ronaldo, Radamel Falkao



FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer


2012-ci ilin ən yaxşı futbolçusu: Lionel Messi ("Barselona", Argentina)

2012-ci ilin ən yaxşı qolu: Miroslav Stok ("Fənərbaxça")


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar