FİFA Ermənistanı pərt etdi
17 yanvar 2013 16:04 (UTC +04:00)

FİFA Ermənistanı pərt etdi

FİFA Ermənistan milli komandasının martın 22-də Türkmənistan yığması ilə keçirməli olduğu yoldaşlıq görüşünü ləğv edib. Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytının təqvimində həmin gün Türkmənistanın səfərdə Kamboca ilə üz-üzə gələcəyi göstərilib.

 

Bu görüş Asiyada səviyyəcə ikinci böyük turnir sayılan “Challenge Cup-2014” çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, Ermənistan – Türkmənistan matçı İrəvanda keçirilməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar