Əfsanəvi baş məşqçisi “Qalatasaray”ın qapıçısını istəyir
08 yanvar 2013 13:13 (UTC +04:00)

Əfsanəvi baş məşqçisi “Qalatasaray”ın qapıçısını istəyir

Fernando Musleranın “Mançestr Yunayted”ə transferi üçün 20 milyon dollar təklif edilib

 

Böyük Britaniyanın “Mançestr Yunayted” komandası Türkiyənin “Qalatasaray” komandasının uruqvaylı qapıçısı Fernando Musleranı almaq istəyir. Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, “Mançestr Yunayted” komandasının əfsanəvi baş məşqçisi Aleks Ferqusson komandanın hazırkı əsas qapıçısı David de Geanı bəyənmir və ispan qapıçının Madridin “Real” komandasına transfer ehtimalını da nəzərə alaraq yeni qapıçı axtarışına çıxıb.

Aleks Ferqussonun əsas bəyəndiyi qapıçı isə Fernando Musleradır. Aleks Ferqusson Çempionlar Liqasında  “Qalatasaray”ın qapıçısının oyununa heyran qalıb. Artıq “Qalatasaray” klubuna Fernando Musleranın “Mançestr Yunayted”ə transferi üçün 20 milyon dollar təklif edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar