Danışır Arda, oxuyur Zülfiyyə
29 aprel 2013 09:54 (UTC +04:00)

Danışır Arda, oxuyur Zülfiyyə

İspaniyanın “Atletiko” futbol komandası bu gecə Bakıya gəlib. Lent.az-ın məlumatına görə, Madrid təmsilçisi “Bakı” klubunun dəvəti ilə 3 gün ərzində Azərbaycanın qonağı olacaq.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enən üzərinə “Land of Azerbaijan” həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan qarşılayıb. Qonaq komanda hava limanından “Marriot” otelinə yollanıblar.

 

Aprelin 29-da şəhər gəzintisinə çıxacaq “Atletiko” nahardan sonra “Bakı” klubunun təlim-məşq bazasında planlaşdırılan avtoqraf və foto sessiyaya qatılacaq. Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

 

Aprelin 30-da isə “Atletiko” “Bakı” klubunun Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.

 

# 1273
avatar

Oxşar yazılar