Cüneyt Çakır - ilin hakimi
08 yanvar 2013 00:24 (UTC +04:00)

Cüneyt Çakır - ilin hakimi

Məşhur ”footballrefereing.blogspot.com” saytı 2012-ci ilin ən yaxşı hakiminin adını açıqlayıb. Apasport.az-ın məlumatına görə, bu ada topladığı 82 xalla Cüneyt Çakır layiq görülüb.


Türkiyəli referi Çempionlar Liqasının yarımfinalında “Barselona” - “Çelsi” matçını, Avro-2012 və Yaponiyada keçirilən klublararası dünya çempionatının finalını idarə etdiyi üçün səsvermə nəticəsində bütün rəqiblərini qabaqlayıb.

İkinci yerin sahibi 82 xalla kolumbiyalı Vilmar Roldan olub. 61 xal toplayan portuqaliyalı referi Pedro Proyença isə üçüncü yerə çıxıb. 

2012-ci ilin ən yaxşı 10 hakimi bunlardır:

1. Cüneyt Çakır (Türkiyə 82 xal)
2. Vilmar Roldan (Kolumbiya 61 xal)
3. Pedro Proyença (Portuqaliya 58 xal) 
4. Damir Skomina (Sloveniya 55 xal) 
5. Yuiçi Nişimura (Yaponiya 54 xal)
6. Feliks Brus (Almaniya 44 xal)
7. Bakari Qassama (Qambiya 30 xal)
8. Roberto Qarsia (Meksika 21 xal) 
9. Dario Ubriaso (Uruqvay 20 xal)
10. Pavel Kraloveç (Çexiya 19 xal)
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046
avatar

Oxşar yazılar