Bekhem üçüncü dəfə “Milan”a qayıdır
16 yanvar 2013 13:52 (UTC +04:00)

Bekhem üçüncü dəfə “Milan”a qayıdır

İngiltərəli yarımmüdafiəçi Devid Bekhem karyerasında 3-cü dəfə İtaliyanın “Milan” klubunun futbolçusu ola bilər. Lent.az-ın “Football İtalia”ya istinadən verdiyi məlumata görə, “rossonyerlər” transfer siyasətini yalnız gənc oyunçular almaq üzərində qursalar da, Bekhemi istisna kimi komandaya cəlb etmək istəyirlər. 

 

Artıq britaniyalı bukmeykerlər 38 yaşlı futbolçunun “Milan”a mümkün qayıdışına pul qoyuluşları qəbul etməyə başlayıblar. ABŞ-ın “Los Anceles Qalaksi” klubundan ayrılan Bekhem hazırda azad agentdir.

 

Qeyd edək ki, Devid Bekhem 2009-cu və 2010-cu illərin yanvar – iyun aylarında icarə əsasında “Milan”ın şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Oxşar yazılar