Baku 2015: Avropa Oyunlarının məşəli Qubada
01 iyun 2015 22:22 (UTC +04:00)

Baku 2015: Avropa Oyunlarının məşəli Qubada

İyun ayının 1-də Birinci Avropa oyunlarının məşəli Qusar rayonundan sonra Qubaya gətirilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba şəhərində məşəl Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. Məşəl güləş üzrə veteranlar üzrə dünya çempionu Musa Mirzəyev tərəfindən qəbul olunub. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb.  Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib. Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı nümayiş olunub. 

 

Bununla da Quba  Birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub.             

 

Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirilib.  Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təşkil olunub. Festivalın sonunda atəşfəşanlıq olub. Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar

O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55