Azərbaycanlı futbolçular “Dənizlispor”un məşqində
09 yanvar 2013 18:44 (UTC +04:00)

Azərbaycanlı futbolçular “Dənizlispor”un məşqində

Azərbaycanlı futbolçu Arif İsayev müqavilə bağladığı Türkiyənin “Dənizlispor” komandası ilə məşqə çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Antalya şəhərindəki Manavqat rayonunda keçirilən hazırlıq prosesinə İsayev daha bir həmyerlimiz Rail Məlikovla birgə qatılıb.

 

Komandanın baş məşqçisi Səlahəddin Dərvənt “Anadoli” agentliyinə açıqlamasında İsayevlə 1,5 il müddətinə anlaşdıqlarını bildirib. O, keçidinin klub rəhbərliyinə verdiyi raport əsasında həyata keçdiyini söyləyib. O, 27 yaşlı hücumçunun Azərbaycan millisində də çıxış etdiyi xatırladaraq, onun “Dənizlispor”a çox faydalı olacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Oxşar yazılar