Azərbaycana Dünya Kubokunda daha bir yer verildi
21 iyun 2013 16:01 (UTC +04:00)

Azərbaycana Dünya Kubokunda daha bir yer verildi

Avqustun 11-də Norveçin Trömse şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan şahmatçılarının adları açıqlanıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FİDE (Beynəlxalq Şahmat Federasiyası) əmsalları əsasında nüfuzlu yarışa birbaşa buraxılıblar.

 

Qalan 2 iştirakçı isə qitə çempionatlarından seçilib. Ötən ilki çempionat nəticəsində Vasif Durarbəyli növbəti vəsiqəyə sahib çıxıb. Digər şahmatçımız Eltac Səfərli isə bu il Avropa Çempionatında Dünya Kubokuna vəsiqə alan birinci namizəd olub. Əslində Dünya Kubokuna Avropa çempionatından 25 yer verilməlidir. Amma Azərbaycan Şahmat Federasiyasının müraciətini nəzərə alan FİDE Eltac Səfərlini qarşıdakı yarışın iştirakçıları sırasına salıb.

 

Qeyd edək ki, Dünya Kuboku hər 2 ildə bir dəfə 128 şahmatçının iştirakı ilə keçirilir. 2015-ci il Dünya Kuboku Bakıda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar