Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi
26 dekabr 2012 14:00 (UTC +04:00)

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe istefaya göndərilib. Bu haqda Lent.az-a Hauffenin özü məlumat verib.

 

Almaniyalı mütəxəssis öz “Facebook” ünvanından göndərdiyi mesajda Lent.az-ı 2012-ci ilin ən yaxşı idman saytı seçilməsi münasibətilə təbrik edib və bu uğuru növbəti ildə də təkrarlamağımızı arzulayıb. Lakin o, gələn il ölkəmizdə olmayacağından təəssüfləndiyini bildirib: “Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə müqavilə müddətim başa çatıb. Artıq ölkənizdə çalışmayacağım dəqiqdir”.

 

Qeyd edək ki, Rudiger Hauffe Azərbaycan millisinə 2008-ci ilin sentyabrından baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında akademik avarçəkənlərimiz bir sıra nüfuzlu yarışlarda uğurlu çıxış ediblər. Eyni zamanda Aleksandr Aleksandrov və Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Aleksandrov olimpiadada 5-ci, Mustafayeva 12-ci yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar