Azərbaycan klubları qələbəsiz başladı
18 yanvar 2013 12:32 (UTC +04:00)

Azərbaycan klubları qələbəsiz başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Azərbaycanın futbol klublarından ilk olaraq, Bakı “İnter”i və Zaqatalanın “Simurq”u yoldaşlıq görüşləri keçiriblər. Lent.az-ın məlumatına görə, “İnter” Almaniyanın II Bundesliqasında çıxış edən “Aalen” komandasını, “Simurq” isə Qazaxıstan “Akjayık”ını sınağa çəkib.

 

Paytaxt komandası görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. Hesabı 24-cü dəqiqədə Yuri Fomenkonun ötürməsindən sonra Samir Zərgərov açıb. Fasilədən sonra “Aalen” bərabərlik qolunu vurub.

 

Zaqatala təmsilçisi isə minimal hesabla uduzub – 0:1. Görüşün hər iki hissəsində meydana fərqli heyətlə çıxan Georgi Çixradzenin komandası ilk yarıda buraxdığı qolla yenilib. Fasilədən sonra “sarı-qaralar” qol vurmaq üçün bir neçə real şans əldə etsə də, bundan yararlana bilməyib. Üstəlik gənc futbolçu Nicat Qurbanova oyunun bitməsinə az qalmış qarşılaşmanın baş hakimi Omər Paşayev qırmızı vərəqə göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar