Azərbaycan idmançısı Avropa çempionatına 3 medalla başladı-FOTO
08 aprel 2013 23:20 (UTC +04:00)

Azərbaycan idmançısı Avropa çempionatına 3 medalla başladı-FOTO

Albaniyanın paytaxtı Tiranada kişilər və qadın ağırlıqqaldıranlar arasında Avropa çempionatına start verilib. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Silviya Angelova körpücük üzərinə çıxıb.

 

O, 48 kq çəki dərəcəsində mübarizə aparıb. Bir il əvvəl Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanan qadın idmançımız nəticəsini daha da yaxşılaşdırıb. Angelova iki hərəkətin cəmində 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa ikincisi olub. Birdən qaldırmada əvvəlcə 75 kq, sonra isə 80 kq-lıq ştanqları başı üzərinə qaldırmağı bacaran təmsilçimiz 82 kq-ı ram edə bilməyib və gümüş medaldan cəmi 1 kq, qızıldan 2 kq ayrı düşüb. İdmançımız 3-cü olaraq kiçik bürünc medal qazanıb. Angelova təkanla qaldırma hərəkətinə də uğurla başlayıb. 95 kq çəkini sifariş verən idmançımız onun öhdəsindən gəlməklə həm bu hərəkətdə, həm də ümumi sıralamada bürünc medalı təmin edib. Daha sonra sifariş verdiyi 99 kq-ı da uğurla qaldıran atletimiz təkanla qaldırmada qızıl, toplamda isə minimum gümüş medalı təmin edib. Son cəhdində isə 101 kq-ı da qaldırsaydı, o, Avropa çempionu adını qazana bilərdi. Lakin bu baş verməyib və Angelova gümüş medalla kifayətlənib.

 

Beləliklə, milli komandamız Avropa çempionatına birdən-birə üç – iki kiçik (1 gümüş, 1 bürünc), bir böyük medalla (qızıl) başlayıb.

 

# 729
avatar

Oxşar yazılar

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55
“Real”  36-cı dəfə   çempion oldu

“Real” 36-cı dəfə çempion oldu

4 may 2024 , 22:07