Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə iştirak edən Azərbaycanın digər klubu “İnter” də ilk oyununa çıxıb.
“Bankirlər” Finlandiya “Mariehamn”ı ilə qarşılaşıb. “Qarabağ” və “Xəzər Lənkəran”dan fərqli olaraq, paytaxt təmsilçisi rəqibi ilə doğma publika önündə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Kaxaber Sxadadzenin yetirmələri mütləq qələbə qazanmalı idi. Lakin “İnter” bunu bacarmayıb.
Belə ki, oyuna surətlə başlayan təmsilçimiz 7-ci dəqiqədə Asif Məmmədovla hesabı açıb. Fasiləyə minimal üstünlüklə yollanan paytaxt klubu ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. 72-ci dəqiqədə matça sonradan daxil olan Petteri Yokihaara “İnter”in qapıçısı Giorgi Lomayanı cəzalandırıb. Oyunun son dəqiqələrində “bankirlər” bir neçə dəfə ələ düşən fürsəti dəyərləndirə bilməyib və görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
4 iyul
“İnter” – “Mariehamn” - 1:1
QOLLAR: Asif Məmmədov, 7 - Petteri Yokihaara, 72
Baş hakim: Sergeyus Sliva (Litva)
Bakı. “Bayıl Arena”.
“İnter” : 1. Giorgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Bryus Abdulay, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 21. Arif Daşdemirov, 47. Abdulla Abasiev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. Cəmil Hacıyev, 8. Migel Alvaro, 10. Daniel Genov, 17. Fərid Mənsurov
Baş məşqçi: Kaxaber Sxadadze
“Mariehamn”: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Lyuski (k), 15. Emil Andersson, 6. Pekka Laqerblom, 11. Tommi Virtanen, 16. Robin Estlid, 19. Alanso Adlam, 25. Dieqo Assis, 90. Patrik Biskata, 5. Dever Ordgill
Ehtiyat oyunçular: 1. Otso Virtanen, 23. Kris Brayt, 3. Niko Kukka, 17. Petteri Yokihaara
Baş məşqçi: Pekka Lüüski

Avropa Liqası.“İnter” “Mariehamn”la heç-heçə etdi
0
0
0
0