Antalyada futbol turizmi dəbdən düşür
26 dekabr 2012 11:07 (UTC +04:00)

Antalyada futbol turizmi dəbdən düşür

Türkiyənin Antalya şəhərində 2013-cü ilin qışında təlim-məşq toplantısı keçirəcək komandaların sayı ötən ilin müvafiq dövrünə nəzərən 20 faiz azalıb. Lent.az-ın Türkiyə  mətbuatına istinadən verdiyi məlumata görə, ötən qış 1300 klubu qəbul etmiş Antalya ciddi rəqabət mühitində onların bir çoxunu itirib.

 

Antalyanın bu il 1000 klubu qəbul edəcəyini deyən yerli şirkətlər dövlət dəstəyi olmasa, futbol turizmini əldən verə biləcəklərinə dair xəbərdarlıq ediblər. Məlumata görə, bu şəhəri seçən klublar arasında ötən illərə nəzərən, Qərbi Avropa, Ukrayna, Rusiya və Qazaxıstan təmsilçilərinin sayında azlıq nəzərə çarpır. Klublar daha çox Antalyanın Belek, Kundu, Kemer, Tekirova, Göynük, Alanya, Manavqat, Side qəsəbələrindəki 120-dək futbol mərkəzində təlim-məşq toplantıları keçirir və 5 ulduzlu otellərdə qalırlar. Onlar əsasən, 30 nəfərlik nümayəndə heyəti ilə gəlirlər. Hər klub orta hesabla adambaşına 1000 avro xərcləsə, Türkiyə turizmi 30 milyon avro qazanacaq.

 

Amma Antalyadakı turnirlərin sayının azalması, yol xərcləri, klubların birbaşa yox, İstanbuldan gəlməsi kimi amillər futbol turizmində rəqiblərdən sayılan İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (Dubay) və Kipri önə çıxarıb. İspaniya və Dubay yüksək mükafat fonduna malik turnirlər keçirməsi, iqtisadi böhranda olan Kipr isə hər komandaya 4 min dollar “ayaqbasdı” verməsi ilə diqqət çəkir. Digər tərəfdən, Qərbi Avropa ölkələrindən İspaniyaya bileti 50 – 100 avroya almaq mümkündür.

 

Qeyd edək ki, Azərbaycanın əksər futbol klubları və hakimləri qış təlim-məşq toplantısını Antalyada keçirəcəklər. Milli komandamız isə Dubaya yollanacaq.

 

Elşən MƏMMƏDOV

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar