Tanınmış futbolçu Nikolya Anelka İngiltərənin “Vest Bromviç” komandasına keçib. Lent.az-ın məlumatına görə, 34 yaşlı hücumçu ilə sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 2013-2014 mövsümünün sonunadək müqavilə bağlanılıb.
Fransalı forvard əvvəllər İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Bolton” və “Çelsi” komandalarında çıxış edib. Anelka ötən mövsümü İtaliya “Yuventus”unda icarə əsasında keçirib və cəmi 3 dəfə meydana çıxıb.