AFFA Şahin Diniyev və Qurban Qurbanovu təltif etdi
16 aprel 2013 12:44 (UTC +04:00)

AFFA Şahin Diniyev və Qurban Qurbanovu təltif etdi

Bakıda ilk dəfə təşkil olunmuş UEFA-nın Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə sertifikatlar təqdim olunub. Lent.az-ın məlumatına görə, AFFA-nın Futbol Akademiyasında təşkil olunmuş tədbirdə baş katib Elxan Məmmədov qurumun prezidenti Rövnəq Abdullayev adından məşqçiləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

E.Məmmədov bildirib ki, Pro kurslarının keçirilməsinə UEFA ciddi nəzarət edib və AFFA-nın təşkilatçılığını Avropa futbol qurumu yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, ölkəmizdə təşkil olunacaq növbəti Pro kurslarına digər ölkələrdən də böyük maraq göstərilir və məşqçilər Azərbaycanda keçiriləcək kurslarda iştirak edə bilmək üçün AFFA-ya müraciət edirlər.

 

AFFA-nın Texniki direktoru Bernhard Lippert Pro kurslarının təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirib.

 

Baş katib Elxan Məmmədov müvafiq sertifikatları məşqçilərə təqdim edib.

 

Futbol akademiyasının qarşısında tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

 

Tədbir başa çatdıqdan sonra Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə AFFA ziyafət verib.

 

Qeyd edək ki, Pro kateqoriyalı lisenziya alan mütəxəssislərdən Qurban Qurbanov “Qarabağ” klubunda, Arif Əsədov 19 yaşadək, Təbriz Həsənov isə 15 yaşadək yığmamızda baş məşqçi kimi çalışır. Nazim Süleymanov əsas millimizdə, Yaşar Vahabzadə və Babək Alxasov 21 yaşadək yığmalarımızda, Yüksel Kepoğlu “Bakı”da aşağı yaş qrupları üzrə məşqçi kimi çalışır. Şahin Diniyev millimizin, Cüneyt Biçer isə “Bakı” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisidir. Tədbirə yalnız Biçər qatılmayıb.

# 935
avatar

Oxşar yazılar