[b]“Çelsi” 36 yaşlı futbolçu aldı[/b]
02 iyul 2017 16:57 (UTC +04:00)

[b]“Çelsi” 36 yaşlı futbolçu aldı[/b]

Argentinalı qapıçı Villi Kabalyero karyerasını “Çelsi”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “zadəganlar”ın rəsmi saytı xəbər yayıb.

 

Bildirilib ki, futbolçu London klubuna azad agent kimi qoşulub.

 

Argentina milli komandasının da qapısını qorumuş 36 yaşlı dəri əlcək sahibi son 3 mövsümü “Mançester Siti”nin heyətində keçirib.

 

Qeyd edək ki, “Çelsi”nin əsas qapıçısı belçikalı Kurtuadır. İkinci “çərçivə qoruyucusu” Asmir Beqoviç “Bornmut”a keçdiyi üçün Kabalyero “mavilər”ə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar