“Xəzər Lənkəran”ın rəqibləri məlum oldu
08 yanvar 2013 18:03 (UTC +04:00)

“Xəzər Lənkəran”ın rəqibləri məlum oldu

“Xəzər Lənkəran” futbol klubu mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış yanvarın 13-də başlanacaq.

 

Fevralın 5-dək davam edəcək hazırlıq prosesi ərzində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcək.

 

Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. “Xəzər Lənkəran” yanvarın 19-da Moldovanın “Rapid”, yanvarın 22-də Ukraynanın “Krivbass”, yanvarın 30-da Çexiyanın “Pribram” klubu ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan başqa, komandanın 26 yanvar və 2 fevralda daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” bu müddət ərzində Bələk qəsəbəsindəki “Ela Quality Resort Hotel”də qalacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Oxşar yazılar