“Real” özünə gəlir?
16 yanvar 2013 11:14 (UTC +04:00)

“Real” özünə gəlir?

“Real” futbol üzrə İspaniya Kubokunun ¼ final mərhələsində ilk görüşünü qələbə ilə başa vurub. Lent.az-ın məlumatına görə, “kral klubu” evdə “Valensiya”nı yenib – 2:0.

 

Hesabı 37-ci dəqiqədə Kərim Benzema açıb. 74-cü dəqiqədə isə “Valensiya”nın oyunçusu Andres Quardado topu öz qapısına vurub.

 

¼ final mərhələsinin qalan görüşlərinə gəldikdə, yanvarın 16-da “Saraqosa” “Sevilya”nı, “Barselona” “Malaqa”nı, yanvarın 17-də isə “Atletiko” “Betis”i qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar