“Qəbələ”nin yeni transferi: “Tərəddüd etmədim”
08 yanvar 2013 14:26 (UTC +04:00)

“Qəbələ”nin yeni transferi: “Tərəddüd etmədim”

“Hazırda şəraitinə, həm yerli, həm legioner futbolçularının səviyyəsinə və futbola ayırdığı diqqətə görə “Qəbələ” ölkənin ən öndə gələn klublarındandır. Bu səbəbdən, seçim zamanı tərəddüd etmədim”. Lent.az-ın məlumatına görə, bunu “Qəbələ” ilə 1 illik müqavilə bağlayan futbolçu Ceyhun Sultanov klubun rəsmi saytına açıqlamasında deyib.

 

33 yaşlı yarımmüdafiəçi bildirib ki, yığdığı təcrübədən yararlanaraq yeni komandasına kömək etməyə çalışacaq: “Klubun hədəflərindən xəbərdaram. İnanıram ki, eyni hədəfə köklənib istədiyimiz nəticələri qazanacağıq və “Qəbələ”ni Avropada təmsil etmək imkanı əldə edəcəyik”.

 

Qeyd edək ki, Ceyhun Sultanov “Qəbələ”nin 2013-cü ildə ilk transferidir. O, əvvəllər “Fərid” (1996/1997), “Neftçi” (1997/1998), “Bakı” (1998 - 2001, 2003 - 2005), “Maşınsazi” (İran, 2003),  “Xəzər Lənkəran” (2006 - 2010) və “Kəpəz”in (2010 - 2012) formasını geyinib. Bu mövsümün ilk yarısını isə Sultanov “Sumqayıt”da keçirib. “Bakı”da 19, “Kəpəz”də 7, “Xəzər Lənkəran”da 3, “Sumqayıt”da 1 dəfə fərqlənən yeni transfer ümumilikdə 30 qol vurub.

Ceyhun Sultanov 2 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan Kubokunun qalibi olub, 2008-ci ildə “Birlik kuboku”nu qazanıb. Azərbaycan milli komandasında 16 oyun keçirən Sultanov 1 qol vurub və 1 matça kapitan sarğısı ilə çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar