“Qəbələ”də yeni təyinat
09 yanvar 2013 17:53 (UTC +04:00)

“Qəbələ”də yeni təyinat

“Qəbələ” Futbol Akademiyasında yeni məşqçi təyinatı gerçəkləşib. Lent.az-ın məlumatına görə, karyerasını yenicə bitirmiş Sahil Kərimov akademiyada qapıçı məşqçisi kimi fəaliyyətə başlayıb.

 

Futbolçu karyerası boyunca “Avtomobilçi”, “Viləş”, “Kəpəz”, “Şəmkir”, “Energetik”, “Karvan”, “Qarabağ”  kimi klublarda forma geyən Kərimov son olaraq ötən mövsüm “Sumqayıt”ın çərçivəsini qoruyub. “Qəbələ” Futbol Akademiyası məşqçi kimi 33 yaşlı mütəxəssisin ilk iş yeri olacaq. 

 

Sahil Kərimov təyinatla bağlı təəssüratlarını gabalafc.az-la paylaşıb: “Qəbələ” böyük hədəfləri olan klubdur. Bu kollektivdə olmaq sevindiricidir. Azərbaycan futbolunda əvvəllər qapıçı məktəbi daha yuxarı səviyyədə olub. Amma son zamanlar sözügedən mövqedə yerli futbolçu qıtlığı hiss olunur. Məqsədim təcrübəmdən, öyrəndiklərimdən və öyrənəcəklərimdən yararlanaraq güclü qapıçıların yetişdirilməsində pay sahibi olmaqdır. Bu məqsədə nail olmaqla həm əsas komandamızı, həm də milli komandaları yüksək səviyyəli qapıçılarla təmin edə bilərik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar