“Qəbələ”də seneqallı hücumçu
12 yanvar 2013 18:48 (UTC +04:00)

“Qəbələ”də seneqallı hücumçu

Mingəçevirdə hazırlıqları davam etdirən “Qəbələ” adıçəkilən məkana legioner futbolçuları baxışa çağırır. Apasport.az saytının məlumatına görə, hazırda komandanın düşərgəsində 2 legioner baxışdadır.

Bunlar argentinalı Matias Kordoba ilə sloveniyalı Luka Jinkodur. Hər iki futbolçu yarımmüdafiəçidir. 28 yaşlı Kordoba baxışdan uğurla keçsə, karyerasını ilk dəfə Amerika qitəsindən kənarda keçirəcək. Onun son klubu Çilinin “Deportes La-Serena” klubu olub. 29 yaşlı Jinko isə “Kocaelispor” və “Amkar” kimi bizə tanış olan klublarda forma geyib. 3 dəfə millisinin formasını geymiş oyunçunun son komandası ölkəsinin “Rudar” klubu olub.

Bu gün isə öyrəndik ki, komandanın düşərgəsinə daha bir futbolçu baxışa gələcək. Bu, 26 yaşlı seneqallı hücumçu Mustafa Dabodur. Dabonun karyerası daha çox İsveçrə çempionatı ilə bağlıdır. Bu ölkənin UCS, “Syon”, “Servett”, “Sankt-Qallen”, “İverdon”, “Arau” klublarında forma geymiş qaradərili forvard Qətərin “Əl-Sayliya”, BƏƏ-nin “İttihad” komandalarında da oynayıb.

Futbolçu ötən ilin iyulunda Latviya elitasında mübarizə aparan Yürmala “Spartak”ına keçsə də, burda cəmi 4 oyuna çıxa bilib. Belədə futbolçu oktyabrda klubu tərk edib.

Qeyd edək ki, “Qəbələ”də daha bir seneqallı forvard çıxış edir. Bu, Türkiyə mətbuatının “Bucaspor”a qayıdacağını iddia etdiyi Viktor Mendidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar