“Qarabağ”ın hücumçusu “Bakı”da?
08 yanvar 2013 18:42 (UTC +04:00)

“Qarabağ”ın hücumçusu “Bakı”da?

Ağdamın “Qarabağ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev tezliklə “Bakı”ya keçə bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı hücumçu bu gün paytaxt klubunun bazasında olub.

 

O, klubun baş meneceri Zeynal Məmmədli ilə danışıqlar aparıb. Əliyev təklifi cəlbedici saysa da, düşünmək üçün vaxt istəyib. Səbəb futbolçunun “Qəbələ”dən də təklif almasıdır. İndi millimizin oyunçusu iki komanda arasında götür-qoy edir. Amma onun paytaxt klubunda oynamağı üstün tutacağı gözlənilir.

 

Qeyd edək ki, Rauf Əliyev artıq “Qarabağ” tərəfindən transferə çıxarılıb. O, Ağdam komandası ilə Türkiyənin Antalya şəhərinə yollanmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar