“Milan” “Latsio”nun oyunçusu Lukas Bilyanın transferini həll edib. Apasport.az saytının məlumatına görə, futbolçu artıq tibbi baxışdan da keçib.
İtaliya mətbuatı bu keçidin 17 milyon avroya başa gəldiyini yazır. Romalılar əlavə olaraq 3 milyon da bonus qazanacaqlar.
Qeyd edək ki, Bilya ötən mövsüm “Latsio”nun heyətində 34 oyunda meydana çıxıb 5 qol və 4 məhsuldar ötürmə ilə komandasına yardımçı olub.