“Ləzzət alırsansa, yorulmursan” – MÜSAHİBƏ
15 yanvar 2013 13:54 (UTC +04:00)

“Ləzzət alırsansa, yorulmursan” – MÜSAHİBƏ

Rəşad Sadiqov da Sadıq Sadıqovdan danışdı


Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısını davam etdirən “Neftçi” futbol komandasının kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

 

- Hazırlığın dörd günü artıq geridə qalib. Gündəlik məşqlərdə fiziki yükləmələrin öhdəsindən gəlmək çətin deyil?

 

-Bu mərhələ fiziki keyfiyyətlərin artırılmasına hesablanıb. İlk baxışdan çətin görünə bilər. Amma gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa yorulmursan. Əsas şərt isə ab-havadır. Klub prezidenti Sadıq Sadıqov bura gəldiyimiz gündən komandanın düşərgəsindədir. Onun komandanın yanında olması əhval-ruhiyyənin yüksəlməsi ilə yanaşı, futbolçulara əlavə stimul verir. Bu hazırlıqdan maksimum şəkildə yararlanmaq istəyirik.

 

- Qarşıdakı günlərdə keçiriləcək yoxlama oyunları ilə bağlı nə deyə bilərsən?

 

-Yoxlama oyunlarında ən vacib amil hazırlığın faydasını görmək  və futbolçuları yoxlamaqdır. Təbii ki, nəticənin də xeyrimizə olmasını istəyirik. Futbolu qol vurmaq üçün oynayırsan, dolayısı ilə qələbə üçün.

 

- Antalya hazırlığının bəhrəsi nə olacaq?

 

-Bizi yalnız çempionluq düşündürür. Bütün əməyimizi bu yolda sərf edirik. Mövsümün ilk yarısında ağır oyun qrafiki səbəbindən bir-neçə qarşılaşmada vacib xallar itirdik. Ardıcıl üçüncü çempionluğu əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ölkə kubokunu da unutmayaq. Hər iki cəbhədə bir məqsəd üçün vuruşacağıq. Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir. Onların da etimadını yerə vurmarıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar