“Bu, Tahir Süleymanovla “Neftçi”nin qeyri-peşəkarlığını göstərir” - AÇIQLAMA
07 yanvar 2013 16:54 (UTC +04:00)

“Bu, Tahir Süleymanovla “Neftçi”nin qeyri-peşəkarlığını göstərir” - AÇIQLAMA

Polşanın “Şlask” komandasının futbolçusu Sebastian Mila “Neftçi” klubunun ondan imtinası barədə xəbərlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisini və onun vitse-prezidenti Tahir Süleymanovu qeyri-peşəkar adlandırıb.

 

Süleymanov bu yaxınlarda verdiyi açıqlamada “Mila üçün nəinki 450 min avro, heç 4,5 avro da ödəmərik” deyib. Təcrübəli oyunçu isə özü haqqında kimin nə söyləməsi ilə maraqlanmadığını açıqlayıb: “Siz nə vaxtsa mənim dilimdən “Neftçi”yə keçəcəyimi eşitmisiniz? Xeyr. Lionel Messini özü barədə Kriştianu Ronaldunun nə dediyi maraqlandırmadığı kimi, məni də “Neftçi” rəsmisinin fikirləri maraqlandırmır. Bu sözləri deməklə, o, özü və “Neftçi”nin nə dərəcədə qeyri-peşəkar olduğunu göstərib”- deyə  Mila bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar