“Bakı” ilk transferini təqdim etdi
14 yanvar 2013 11:14 (UTC +04:00)

“Bakı” ilk transferini təqdim etdi

“Bakı” klubu qış transfer dövründə transfer etdiyi ilk futbolçunu təqdim edib. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi təcrübəli müdafiəçi Aqil Nəbiyevlə 1,5 illik müqavilə imzalayıb. Aqil Nəbiyev 16 iyun 1982-ci il tarixdə Tovuzda anadan olub. Ampluası müdafiəçidir. Premyer Liqada yer alan müxtəlif klubların heyətində çıxış edən Nəbiyev eyni zamanda Azərbaycan milli komandasının heyətinə cəlb edilən futbolçulardan biridir. O, peşəkar futbolçu karyerasına doğma şəhərində başlayıb. Boyu 187 sm, çəkisi 80 kq-dır. 30 yaşlı müdafiəçi 1999 - 2006-cı illərdə “Turan”ın şərəfini qoruyub. Nəbiyev Tovuz klubunun heyətində 145 oyun keçirib. 2006-cı ildə AZAL-a transfer olunan futbolçu “Neftçi”dəki qısa karyerasının ardından yenidən bu komandaya qayıdıb. O, “təyyarəçilər”in heyətində 100-dən artıq, Azərbaycan milli komandasında 8 oyun keçirib. Milli formada son oyunu 16 oktyabr 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar