Estoniya milli komandasının müdafiəçisi Rayo Piyroya futbolçu karyerasını başa vurub. Lent.az-ın “Pärnu Postimees”ə istinadən məlumatına görə, 34 yaşlı müdafiəçi oktyabrın 11-də Türkiyə yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında zədələndikdən sonra belə qərar verib.
O, deyib: “İndi mən peşəkar balıqçıyam. Bu işə hələ bir neçə il öncə hazırlaşmışam. Hər şey plan üzrə getsə, gələn il balıq dükanı açacağam”.
Qeyd edək ki, Rayo Piyroya 5 dəfə Estoniyanın ən yaxşı futbolçusu sayılıb. O, “Flora”nın heyətində 2 dəfə Estoniya çempionu, “Fredrikstad”da isə Norveç Kubokunun sahibi olub.