Fevralın 28-də UEFA İcraiyyə Komitəsi Rusiya komandalarının Avropanın rəhbər futbol qurumunun himayəsi altında təşkil olunan yarışlarda iştirakına baxacaq.
Lent.az bildirir ki, bu barədə Polşanın “Meczyki” nəşri məlumat yayıb.
Məlumata görə, UEFA Rusiyadan olan klubları və bu ölkənin milli komandasını himayəsində olan beynəlxalq yarışlardan kənarlaşdırmağa hazırlaşır.
Düzdür, indi cəza yalnız Avropa Liqasının 1/8 finalında Almaniyanın “Leypsiq”i ilə oynamalı olan Moskva “Spartak”ına şamil oluna bilər.