Tyaqo Motta “Tottenhem”in baş məqşçisi  ola bilər
11 aprel 2025 13:08 (UTC +04:00)

Tyaqo Motta “Tottenhem”in baş məqşçisi ola bilər

Londonun "Tottenhem" klubu Tyaqo Mottanın namizədliyini nəzərdən keçirir. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, 42 yaşlı mütəxəssis gələn mövsümöncəsi İngiltərə klubuna baş məşqçi təyin oluna bilər.

Turinin "Yuventus"u mart ayında italyan mütəxəssisi istefaya göndərib. Bununla belə, Motta və köməkçiləri maaş almağa davam edirlər. Məşqçilərin müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Tottenhem" Mottanı təyin etmək qərarına gəlsə, bu, "Yuventus"a xərclərini azaltmağa imkan verəcək. 

London klubu kuboklar qazana bilməsə, “Tottenhem” Anqelos Postekoğlunu istefaya göndərə bilər. İddialara görə, Berqamodan olan “Atalanta” da Motta uğrunda londonlularla yarışacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar