Tomas Tuxel Almaniya nəhənginə  “yox” dedi
06 oktyabr 2022 15:02 (UTC +04:00)

Tomas Tuxel Almaniya nəhənginə “yox” dedi

İngiltərə Premyer Liqası komandalarından olan "Çelsi"nin son həftələrdə yollarını ayıran Tomas Tuxel ölkəsi Almaniyadan təklif alıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Tuxel Bundesliqa təmsilçisi Leverkuzenin “Bayer” komandasından gələn təklifə cavab verib.

Məlum olduğu kimi, Tuxel sentyabrın 7-də "Çelsi"nin Çempionlar Liqasında Zaqreb "Dinamo"suna uduzmasından sonra istefaya göndərilib. “Bayer” Tuceli razı salmağa çalışsa da, o, təklifi rədd edib.

Tuxel bundan əvvəl Almaniyada “Maynts” və Dortmund “Borussiya”sını çalışdırıb. 2021-ci ildə "Çelsi" ilə Çempionlar Liqasını qazanan Tuxelin London klubunda keçirdiyi 100 oyunda 60 qələbə, 24 heç-heçə və 16 məğlubiyyət var.

# 1950
avatar

Oxşar yazılar