Səudiyyəli azarkeş Levandovskinin qolundan sonra köynəyini dəyişdi və… -  VİDEO
28 noyabr 2022 19:05 (UTC +04:00)

Səudiyyəli azarkeş Levandovskinin qolundan sonra köynəyini dəyişdi və… - VİDEO

2022-ci il dünya çempionatının ikinci turunun oyununda gülməli epizod baş verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir azarkeş Robert Levandovskinin qolundan dərhal sonra Səudiyyə Ərəbistanının formasını faktiki olaraq Polşa formasına ya dəyişib.

Ehtimal olunur ki, o, heç bir milli komandanın azarkeşi deyil, sadəcə əylənir - son illərdə bir çox azarkeş bunu edib.

Ancaq hekayə bununla bitməyib. Polşa komandasının oyunçuları gözəl bir addım atıblar: onu tapıblar və onun üçün Robert ilə görüş təşkil ediblər. Leva formasını imzalayıb və onunla şəkil də çəkdirib. Deyəsən, həmin oğlan daha paltarını dəyişməyəcək.


 

Səudiyyəli azarkeş Levandovskinin qolundan sonra köynəyini dəyişdi

# 1758
avatar

Oxşar yazılar