“Şamaxı”nın baş məşqçisi üzr istədi -  SƏBƏB
09 may 2022 22:55 (UTC +04:00)

“Şamaxı”nın baş məşqçisi üzr istədi - SƏBƏB

“Komandamdan belə oyun gözləmirdim. Ona görə danışmaq çətindir”. 

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev deyib.

Gənc çalışdırıcı Premyer Liqanın XXVI turunun “Sumqayıt”la səfər oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini açıqlayıb: “Komandada aqressiya yox idi. 70 faizinin hərəkəti az idi. Bilmirəm nə ilə əlaqədar idi. Bunu araşdıracağıq. Araşdırmaya əsasən də nəticə çıxaracağıq. “Sumqayıt”ı təbrik edirəm. Oyun ərzində cinahdan 4 ötürmə etdilər. Bunun da ikisində qol vurdular. Belə baxsaq, hücumları cinahlardan qurmuşduq. 15-20 ötürmə oldu. Bir nəfər hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Bunun da üzərində məşqlərdə işləyirik. Çox təəssüflər olsun ki, hücumçular alındıra bilmir. Azarkeşlərimizi, rəhbərliyi sevindirə bilmirik. Bunun üçün çox məyusam. Azarkeşlərdən üzr istəyirəm”.

- “Qəbələ” ilə oyunda ilk qələbənizi qazanacağınıza ümid edirsiz?

- Açığı, ümid edirəm. Bu gün də ümid edirdim. “Səbail”lə matçdan sonra çox vaxtımız olmadı. Hazırlıq üçün cəmi üç gün vaxtımız var idi. Futbolçuları də məşqdə həvəsli görürdüm. Qələbə gözləyirdim. Belə oyunu gözləmirdim. Çalışacağıq ki, qələbə qazanıb məğlubiyyətləri unutduraq.

- Sənan Qurbanov da futbolçularda aqressivlik olmamağından şikayətlənirdi. Komandada nə problem niyə aradan qalxmır? 

- 20 günə yaxındır baş məşqçi təyin olunmuşam. Futbolçulara da demişəm ki, fiziki durumu çox aşağıdır. 90 dəqiqə ərzində nə isə etmək istəyiriksə, aqressiv oynamalıyıq. İlk gündən də demişəm ki, arxaya çəkilmək yoxdur. Ən azı üçüncü zonada top itkisindən sonra aqressiv oynamaq lazımdır. O da çatışmır. Daxili enerji olmalıdır. Onu da göstərə bilmədik.

# 2343
avatar

Oxşar yazılar