Ronaldonun bacısından klub rəhbərinə qalmaqallı CAVAB: "Özünə hörmət et!"
13 avqust 2022 16:03 (UTC +04:00)

Ronaldonun bacısından klub rəhbərinə qalmaqallı CAVAB: "Özünə hörmət et!"

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun bacısı qalmaqallı sözləri ilə gündəmə gəlib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Real Madrid futbol klubunun rəhbəri Florentino Perezin Ronaldo haqqında qalmaqallı açıqlamasına futbolçunun bacısı qəzəblənib. 

Belə ki, klubun tərəfdarlarından biri "Ronaldonu transfer edək" deməsinə Perez "Kriştiano? O, 38 yaşındadır" - deyə lağ edib. 

Bundan sonra futbolçunun bacısı Katia Aveiro ona bu sözləri deyib: 

"Ronaldonun 38 yaşı var. Lakin o, hələ də 2 metrdən yuxarı tullanıb 3 dəqiqə orada qala bilir. Qardaşımın bədənində piy yoxdur. Özünə hörmət et, qoca!". Bu mübahisə sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. 

Qeyd edək ki, K. Ronaldo İngiltərə Premyer Liqasının üzvlərindən biri Mançester Yunayteddə oynayır. O, əvvəllər Atletiko Madrid, Çelsi və PSG klublarında performans sərgiləyib. 

# 1989
avatar

Nigar Namiq

Oxşar yazılar