Kriştiano Ronaldo
21 iyun 2021 18:03 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldodan daha bir əlçatmaz REKORD

Əfsanəvi futbolçu Kriştiano Ronaldo daha bir əlçatmaz rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bu dəfə yaşıl meydanlarda deyil, sosial şəbəkədə ilklə yadda qalıb.

36 yaşlı forvard instaqram hesabında izləyicisinin sayı 300 milyona çatan ilk insan olub. Sosial mediada yalnız bir hesabın Ronaldodan çox izləyicisi var, bu da 397 milyonla instaqram özüdür.

Planetdə ən çox izləyiciyə malik ikinci şəxs məşhur “Hollivud” aktyoru Dueyn Consondur. Vaxtilə qaydasız döyüşün müxtəlif növlərində dəfələrlə çempion olmuş Consonu 246 milyon instaqramda təqib edir.

Ronaldonun yaşıl meydanlardakı əsas rəqibi Lionel Messi izləyici sayında ondan 81 milyon geri qalır. Argentinalı superulduzu 219 milyon izləyir.

Bundan başqa, amerikalı musiqi meqastarı Ariana Qrandenin 244 milyon, iş adamı Kayl Cennerin 241 milyon, müğənni Selena Qomesin isə hesabını izləyən 238 milyon adam var.

Qeyd edək ki, Kriştiano Ronaldonun ötən ilin yanvarında 200 milyon izləyicisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar

Ronaldodan ANTİREKORD

Ronaldodan ANTİREKORD

2 iyul 2024 , 10:16
Portuqaliya 1/4 finala yüksəldi

Portuqaliya 1/4 finala yüksəldi

2 iyul 2024 , 02:06
Fransa 1/4 finalda

Fransa 1/4 finalda

1 iyul 2024 , 22:03
Avropa çempionatının iştirakçı ölkələri futboldan başqa hansı sahədə çempion olardı?

Avropa çempionatının iştirakçı ölkələri futboldan başqa hansı sahədə çempion olardı?

1 iyul 2024 , 19:19
"Qalatasaray"ın yeni transferi İstanbula gəlib

"Qalatasaray"ın yeni transferi İstanbula gəlib

1 iyul 2024 , 16:41
Futbol meydanının ortası çökdü  -  VİDEO

Futbol meydanının ortası çökdü - VİDEO

1 iyul 2024 , 15:23
"Real Madrid" Lunini İngiltərə klubuna sata bilər

"Real Madrid" Lunini İngiltərə klubuna sata bilər

1 iyul 2024 , 09:29
İspaniya Gürcüstanı məğlub edib  1/4 finala çıxdı

İspaniya Gürcüstanı məğlub edib 1/4 finala çıxdı

1 iyul 2024 , 02:01