"Real Madrid", "İnter" və "Milan"ın sabiq hücumçusu Ronaldo Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini açıqlayıb.
Lent.az xəbər verir ki, Ronaldo bu barədə “Yüzlərlə motivim var, amma ən əsası dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etməkdir” deyə münasibət bildirib.
Ronaldo hücumçu, ikiqat dünya çempionu, vitse-dünya çempionu, ikiqat Amerika kubokunun, ikiqat "Qızıl top"un qalibi və "Qızıl buts"un qalibi kimi çıxış etmiş keçmiş braziliyalı futbolçudur. Ronaldo peşəkar karyerasını 2011-ci ildə Braziliyanın "Korintians" klubunun oyunçusu kimi başa vurub.