"Real" Madrid 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu
29 may 2022 01:40 (UTC +04:00)

"Real" Madrid 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçirilib.

Lent.az xəbər verir ki, Avropanın nüfuzlu turnirində həlledici görüş İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” klubları arasında baş tutub.

Parisdəki “Stad de Frans” stadionundakı matç qarşılıqlı hücumlarla yadda qalıb.

İlk hissəsi qolsuz bərabərliklə başa çatan oyunda hesabı “Real Madrid” komandası açıb. Oyunun 59-cu dəqiqəsində “kral klubu”nun 20 nömrəli cinah müdafiəçisi Vinisius Junior “Liverpul”un torunu silkələyib.

Bundan sonra bərabərlik axtarışı üçün hücumlarını artıran “mersisaydlar” “kral klubu”nun qapıçısı Tibo Kurtuanın inamlı oyunu sayəsində arzusunu reallaşdıra bilməyib.

Beləliklə 14 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubu mövqeyini qoruyub saxlayıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlamalı oyun 36 dəqiqə gec start götürüb. Buna səbəb 15 mindən çox “Liverpul” azarkeşin stadiona biletsiz daxil olmaq istəyi olub. Fransa polisi ilə qarşıdurmada asayiş keşikçiləri azarkeşlərə gözyaşardıcı qazdan istifadə edib.

# 2469
avatar

Oxşar yazılar