Bu gün Premyer Liqada XXVII turun oyunları keçiriləcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bütün matçlar eyni vaxtda oynanılacaq.
Mərkəzi oyun Zirə İdman Kompleksinin stadionunda olacaq. Gümüş mükafatı təmin edən “Neftçi” 3-cü pillədə qərarlaşan “Zirə”nin qonağı olacaq. Rəşad Sadıqovun kollektivi qələbə qazanarsa, avrokuboklara vəsiqəni rəsmiləşdirəcək.
4-cü yer uğrunda mübarizə aparan “Qəbələ” ilə “Sabah”ın oyunlarına maraq daha böyükdür. Bakılılar doğma arenasında “Sumqayıt”ı məğlub etməyə çalışacaq. “Qırmızı-qaralar” isə vəziyyətini çətinləşdirməmək üçün Şamaxıda eyniadlı şəhərin təmsilçisinə qalib gəlməyə borcludur.
Çempionluğu rəsmiləşdirən “Qarabağ”la autsayder “Səbail”in dueli formal xarakter daşıyır.
Premyer Liqa
XXVII tur
15 may (bazar)
17:00. “Zirə” – “Neftçi”
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu
17:00. “Şamaxı” – “Qəbələ”
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Sumqayıt”
Baş hakim: Rəşad Əhmədov
“Bank Respublika Arena”
17:00. “Səbail” – “Qarabağ”
Baş hakim: Vüqar Həsənli
“ASCO Arena”