“Qarabağ”la oyun üçün səfər çətin olacaq”.
Lent.az-ın xəbərinə görə, bunu Fransa “Nant”ının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyunla bağlı klubun saytına müsahibəsində bildirib.
Baş məşqçi bildirib ki, bəzi məhdudiyyətlər mövcuddur, bərpa və məşqlər üçün infrastruktur məsələləri var: “Matçdan 3 gün sonra çempionatda “Lans”la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik”.
Qeyd edək ki, sentyabrın 15-i keçiriləcək “Qarabağ” - “Nant” görüşü saat 20:45-də başlayacaq.