“Qarabağ”ın futbolçusu Kevin Medina 2 ay  oynamayacaq
01 dekabr 2023 18:16 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu Kevin Medina 2 ay oynamayacaq

“Qarabağ”ın futbolçusu Kevin Medinanın qayıdışı uzun çəkəcək.

Apasport.az saytına verilən məlumata görə, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnən kolumbiyalı komandaya qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.

Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Zədədən başqa, Medina cəzalı duruma düşdüyü üçün Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”lə görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Molde” - “Qarabağ” matçı 2:2 hesabı ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7584
avatar

Oxşar yazılar