“Qalatasaray” yeni baş məşqçisini təqdim etdi -  VİDEO
24 iyun 2022 12:58 (UTC +04:00)

“Qalatasaray” yeni baş məşqçisini təqdim etdi - VİDEO

“Qalatasaray” yeni baş məşqçisi Okan Buruku təqdim edib.

Apasport.az saytının məlumatına görə, bu gün Ali Sami Yen İdman Kompleksində (“Nef” stadionu) 43 yaşlı çalışdırıcının imzalanma mərasimi keçirilib.

Doğma komandası ilə 1+1 illik müqavilə imzalayan Buruk yeni mövsümdə hədəflərinin yalnız çempionluq olacağını söyləyib. O, futbolçu heyətində bir sıra dəyişiklik ediləcəyini, xüsusən də, yarımmüdafiə xəttinə transferlər olacağını açıqlayıb.

“Qalatasaray” Okan Burukun rəhbərliyi altında ilk məşqinə iyunun 27-də çıxacaq.

Qeyd edək ki, İstanbul təmsilçisi ispaniyalı baş məşqçi Domenek Torreni bu günlərdə istefaya göndərib.

“Qalatasaray” yeni baş məşqçisini təqdim etdi

# 1917
avatar

Oxşar yazılar